Tacikistanın Orta Dəhlizlə Avropa bazarına çıxış imkanları müzakirə edilib
Bakıda Tacikistanın Orta Dəhliz vasitəsilə Avropa bazarlarına çıxış imkanları müzakirə edilib.
"Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində ADY-nin sədri Rövşən Rüstəmovla “Tacikistan Dəmir Yolları” Dövlət Unitar Müəssisəsinin Yol rəisinin I müavini Sorbon Qulaxmadov arasında görüş olub.
Görüşdə Azərbaycan və Tacikistan arasında dəmir yolu sahəsində əməkdaşlığın əsas istiqamətləri və inkişaf perspektivləri, xüsusilə Tacikistanın Orta Dəhliz vasitəsilə Avropa bazarlarına çıxış imkanları müzakirə edilib.
Qeyd olunub ki, Çin-Tacikistan avtomobil yolu ilə çatdırılan yüklərin Tacikistandan Avrasiya Nəqliyyat Marşrutu ilə dəmir yolu vasitəsilə qərb istiqamətində daşınması Orta Dəhlizin şaxələndirilməsi üçün mühüm imkanlar təqdim edir.
Oxşar xəbərlər
Bakıda Tacikistanın Orta Dəhliz vasitəsilə Avropa bazarlarına çıxış imkanları müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Tacikistan birbaşa aviareyslər açmaq niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Orta Dəhliz vasitəsilə konteyner yükdaşımaları 14 dəfə artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Orta Dəhlizlə yükdaşımalar 62 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rövşən Rüstəmov: "Bakı Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının mərkəzi ola bilər" - EKSKLÜZİV [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












