Rövşən Rüstəmov: "Bakı Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının mərkəzi ola bilər" - EKSKLÜZİV
Orta Dəhlizin cənub marşutu - Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyənin bu ayın ikinci yarısında Bakıda vahid assosiasiyasının yaradılması planlaşdılır.
Bunu “Report”a “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov deyib. Bu assosiasiya, iştirak edəcək ölkələrin dəmir yolu administrasiyaların iştirakı ilə yaradılacaq.
Onun sözlərinə görə, bununla bağlı Bakıda tədbir keçiriləcək: “Tədbirdə başqa təkliflər də səsləndirilə bilər, lakin bizim gözlədiyimiz odur ki, Bakı əsas namizədlərdən biri ola bilər. Ölkələrin əksəriyyəti də assosiasiyanın mərkəzi olaraq Bakının seçilməsini dəstəkləyir”.
R.Rüstəmov qeyd edib ki, bir neçə ay əvvəl Türkmənistan və Özbəkistanda görüşlər keçirilib: “Görüşlərdə assosiasiya ilə bağlı məsələlər müzakirə edilib. Səfərdən sonra danışıqlar daha intensiv şəkildə aparılıb".
Xatırladaq ki, 2024-cü ilin 7 ayında Orta Dəhlizlə daşınmalar 2,56 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 % çoxdur.
Bu il dəhliz vasitəsilə daşımaların həcminin 4,2 milyon tona çatdırılması planlaşdırılır.
2023-cü ildə Orta Dəhliz ilə yükdaşımaların həcmi 2022-ci illə müqayisədə 65 % artaraq 2,7 milyon ton təşkil edib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.
Oxşar xəbərlər
Azərbaycan və Gürcüstan birgə dəmir yolu müəssisəsi yaradıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Jeenbek Kulubayev: “Orta Dəhliz Avropaya yüklərin tranzitini sürətləndirə bilər” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan Çinin Orta Dəhlizin inkişafı üzrə yaradılan birgə müəssisəyə qoşulmaq istəyini dəstəkləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistanda Orta Dəhlizin inkişafı məsələləri müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan hökuməti: Cənub-Şərqi Asiya, Fars körfəzi və Avropa ölkələri TBNM-in inkişafında maraqlıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












