Dünya Bankı: Azərbaycanda su itkilərinin azaldılması prioritet istiqamət olmalıdır
sizinxeber.az xəbər saytı

Dünya Bankı: Azərbaycanda su itkilərinin azaldılması prioritet istiqamət olmalıdır


Su ehtiyatlarının qıtlığı Azərbaycan üçün kritik amildir və su itkilərinin azaldılması prioritet istiqamət olmalıdır.

"Report" xəbər verir ki, bunu Dünya Bankının Su və Sanitariya Xidmətləri üzrə Baş mütəxəssisi Smita Misra Bakıda keçirlən "Su Təhlükəsizliyi Problemlərinin Həll edilməsi üçün Su Sektorunda Effektiv İnstitutlara və Proqramlara Keçid" mövzusunda tədbirdə bildirib.

"Bakıda dəniz suyunun duzsuzlaşdırılması proqramının qəbul olunduğunu nəzərə alaraq paytaxtda su itkilərinin iqtisadi səviyyəyə (20-30 %) qədər azaldılması olduqca vacibdir. Bu, nəticə əsaslı dövlət-özəl tərəfdaşlığı çərçivəsində ola bilər. Özəl sektorun ehtiyac duyulan təcrübə, nou-hau və maliyyə vasitələri gətirməsi üçün ilkin əsas addım Bakı şəhəri üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasıdır", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar
Dünya Bankı: Su sektorunda vacib məsələlərdən biri suyun böyük hissəsinin gəlir gətirməməsidir
Dünya Bankı: Azərbaycanda su sektoruna subsidiyalar azaldılmalıdır
Dünya Bankı Bakıda su üzrə kommersiya itkilərinin istiqamətlərini açıqlayıb
Dünya Bankı: Azərbaycanda su və kanalizasiya sektorunda institusional islahatlara ehtiyac var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər