Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar
Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə həm məhsuldarlığı artıra, həm də növbəti 10 ildə dövlət büdcəsində 1,5 milyard manat vəsaitə qənaət etməyə imkan verə bilər.
"Sizinxeber.az" xəbər verir ki, bunu Dünya Bankının Su və Sanitariya Xidmətləri üzrə Baş mütəxəssisi Smita Misra Bakıda keçirlən "Su Təhlükəsizliyi Problemlərinin Həll edilməsi üçün Su Sektorunda Effektiv İnstitutlara və Proqramlara Keçid" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, son 10 ildə dövlət bu sahəyə 8 milyard manat vəsait qoyub: "Növbəti 10 ildə isə 6 milyard manat vəsaitin tələb olunacağı gözlənilir. Bu sahə ilə bağlı tələb olunan subsidiyaların məbləği 6 milyard manatdan 4,6 milyard manata düşəcək. Qənaət tariflərin artırılması, su itkilərinin azaldılması və işçi heyətinin optimallaşdırılması hesabına təmin oluna bilər".
Oxşar xəbərlər
Dünya Bankı: Azərbaycan su təchizatında səmərəliliyi artırmaqla 1,5 mlrd. manat vəsaitə qənaət edə bilər
Dünya Bankı: Azərbaycan su təhcizatında səmərəliliyi artırmaqla 1,5 mlrd. manat vəsaitə qənaət edə bilər
Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq
Azərbaycanda gələn il icmal büdcə 46 milyard manata yaxın olacaq
Dünya Bankı: Azərbaycanda su sektoruna subsidiyalar azaldılmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Prezident: "Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir"
-
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
-
İlham Əliyev: "Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir"
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb












