Bakıda avqustun 30-da bir neçə ərazidə su kəsiləcək
sizinxeber.az xəbər saytı

Bakıda avqustun 30-da bir neçə ərazidə su kəsiləcək


Avqustun 30-u gecə saat 00:00-dan başlayaraq gün ərzində Nəsimi, Xətai, Səbail rayonlarını içməli su ilə təmin edən d500 mm magistral xəttində təmir-bərpa işləri aparılacaq.

Bu barədə “APA-Economics”ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar Xətai rayonunun Neftçilər prospekti ərazisində, Yusif Səfərov küçəsinin bəzi yaşayış massivlərində, Səbail rayonunun Rəşid Behbudov, Bülbül, Puşkin, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Xaqani, Nizami küçələrinin bir hissəsində, Nəsimi rayonunun Şamil Əzizbəyov, Dilarə Əliyeva, 28 May, Rəşid Behbudov, Elman Ovçuyev, Puşkin, Mehdi Mehdizadə küçələrinin, Droqal döngəsi, Azadlıq prospektinin bir hissəsində suyun verilməsində fasilə yaranacaq.

Suyun əvvəlki rejimlə verilməsi 31 avqust gecə saat 00:00-dan sonra bərpa olunacaq.

Oxşar xəbərlər

Bakının üç rayonunu içməli su ilə təmin edən magistral xətdə təmir-bərpa işləri aparılacaq
Bakının mərkəzində yenə su kəsiləcək
Bakıda məhdudiyyət qoyulan və təmir edilən yollarla bağlı müraciət edilib - SİYAHI
Bakıya içməli suyun verilməsi sabah tam bərpa ediləcək - YENİLƏNİB
Oğuz-Qəbələ-Bakı su kəmərində qəza ilə bağlı Bakıya suyun verilməsində yenidən iki gün fasilə yaranacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle