Bakıya içməli suyun verilməsi sabah tam bərpa ediləcək - YENİLƏNİB
Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işləri avqustun 15-i səhər saat 06:00-da tamamlanıb. Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, avqustun 16-sı günorta saatlarında Bakı şəhəri üzrə içməli suyun təchizatı tam bərpa ediləcək.
Su təminatı rejimində dəyişiklik olan ərazilərdə suyun verilməsi normal rejimə qaytarılacaq. Hazırda Oğuz-Qəbələ-Bakı su xəttində tamamlanma işləri davam etdirilir.
Xatırladaq ki, avqustun 12-i gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı su kəmərində əsaslı təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarında suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması istiqamətində işlər görülüb.
***
11.25
Oğuz-Qəbələ su xəttində aparılan təmir-bərpa işləri səhət saat 6-da tamamlanıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb.
Ətraflı məlumat bir neçə dəqiqə ərzində yayımlanacaq.
Qeyd edək ki, təmir işləri ilə əlaqədar Bakı şəhərinin bir neçə ərazisində su verilişində bir neçə gündür məhdudiyyət yaranıb.
Oxşar xəbərlər
Sabah Bakıda içməli su təchizatı tam bərpa ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oğuz-Qəbələ su kəmərində təmir-bərpa işləri aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oğuz-Qəbələ su kəmərində təmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oğuz-Qəbələ su xəttində təmir-bərpa işləri tamamlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












