aaaaaaaaaaaaaaaaKirmizi-Indirim-Firsati-Web-Site-Banner-Reklam-Bandi-1100-x-88-piksel_2.gif
Xankəndidə su təsərrüfatı: mexanizm belə qurulub - VİDEO
sizinxeber.az xəbər saytı

Xankəndidə su təsərrüfatı: mexanizm belə qurulub - VİDEO


Regional Su Meliorasiya Xidmətinin Qarabağ Regional Sukanal İdarəsi peşəkar içşi heyəti ilə bütün Qarabağ üzrə su və kanalizasiya xidmətinin təşkili və idarəolunmasının təminatçısıdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qarabağa qayıdış istiqamətində yerli sakinlərin işlə təmin olunmasına da töhfə verib. İdarənin əməkdaşları yerli sakinlər arasından müsabiqə yolu ilə seçilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidmətindən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, Xankəndi şəhəri işğaldan azad olunandan sonra düşmənin viran qoyduğu sukanal sahələrində bərpa işləri aparılıb.

Xankəndidə 2 Sutəmizləyici Qurğular Kompleksi fəaliyyətdədir. 1 Nömrəli Kompleksin içməli su mənbəyini Xəlfəli çayı, 2 Nömrəli Kompleksin su təchizatını Cəmilli və Ballıca kəndlərindən keçən çaylar təşkil edir. Şəhərdə 10 ədəd subartezian quyusu mövcuddur.

Su təmizləyici qurğular vasitəsilə suyun təmizlənərək şəhər şəbəkəsinə nəqli həyatə keçirilir.

Şəhər ərazisində su təsərrüfatı sahəsində təmir-bərpa işlərini sukanal sahəsinin peşəkar mühəndisləri və ustaları icra edirlər.

Xankəndi əhalisinin su təminatı sakinlərin rifahının yaxşılaşdırılmasına göstərilən yüksək xidmətin əsas tərkib hissəsidir.

Oxşar xəbərlər

Laçına köçürülən 950-dən çox şəxsin məşğulluğu təmin olunub
Doktoranturalar yaradılan elmi müəssisə və təşkilatların siyahısı dəyişib
Böyük Qayıdış Proqramı üçün bu il ayrılan vəsait 5 milyardı ötəcək
DMA daha 600 şəxs üçün peşə kursları təşkil edib
Kəlbəcərə köçürüləcək şəxslər üçün növbəti peşə kursuna start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər