ADY və Çin Dəmir Yolları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin potensialının artırılmasına dair razılığa gəlib
Azərbaycan və Çin beynəlxalq nəqliyyat dəhlizlərinin və yükdaşıma əməliyyatlarının inkişafı üzrə fəal əməkdaşlıq edəcəklər.
Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Məlumata əsasən, “Azərbaycan Dəmir Yolları” QSC və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumu Bakı–Pekin münasibətlərinə yeni dinamika qazandırmaqla yanaşı, Avrasiya boyunca fasiləsiz bağlantı üçün mühüm bir addım kimi qiymətləndirilir.
Sənəddə əsas diqqət həmçinin Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin gücləndirilməsinə yönəlib. İki qurum Türkiyəyə, ardınca Avropaya çıxış imkanı verən Bakı–Tbilisi–Qars marşrutu üzrə nəqliyyat əlaqəsinin inkişaf etdirilməsi barədə razılığa gəlib. Bu xətt vasitəsilə Çin istehsal mərkəzlərinin Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxışı daha da sürətlənəcək.
Bundan başqa, tərəflər dəmir yolu və liman imkanlarının birgə inkişafı, Xəzər dənizi üzərindən konteyner daşımalarının genişləndirilməsi, gündəlik blok-qatarların sayının artırılması və 10 qatarın keçidinə nail olunması istiqamətində əməkdaşlığı dərinləşdirməyə razılaşıblar.
Bakı–Tbilisi–Qars bu hədəflər fonunda Şərqlə Qərbi birləşdirən, yüksək ötürmə qabiliyyətli strateji nəqliyyat arteriyasına çevrilməkdədir.
Qeyd edək ki, 2023-2024-cü illərdə ADY tərəfindən Orta Dəhlizin vacib seqmenti olan Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində modernləşdirmə işləri aparılıb. Bu, ölkəmizin tranzit potensialının artırılması, bütövlükdə Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində mühüm addımdır.
Oxşar xəbərlər
Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
Hakan Fidan: Bakı-Tbilisi-Qars layihəsində əməkdaşlıqla səmərəliliyi artıracağıq
Prezident: Bakı-Tbilisi-Qars dəmir yolunun xüsusilə Türk dünyasını birləşdirmək üçün çox böyük faydası var
İrakli Kobaxidze: "BTQ-də işlər 98,5 % tamamlanıb, Azərbaycanla sərhədə doğru avtomobil yollarına start verilib"
ADY: Bu il Çindən Orta Dəhlizlə 300-dən çox qatarın göndərilməsi gözlənilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi












