Bakıda Malayziya Universitetlərinin təhsil imkanlarını əks etdirən sərgi olub
sizinxeber.az xəbər saytı

Bakıda Malayziya Universitetlərinin təhsil imkanlarını əks etdirən sərgi olub


Malayziya Səfirliyi “Winning Magnitude” və Lingva Tədris Mərkəzi ilə birlikdə “Malayziya Mədəni Təhsil Sərgisi”nin üçüncü buraxılışını həyata keçirib.

“Report” xəbər verir ki, sərgidə Malayziyanın bəzi aparıcı universitetləri, o cümlədən Taylor Universiteti, SEGi Universiteti, İdarəetmə və Elm Universiteti (MSU), Sunway Universiteti və Quest Beynəlxalq Universiteti təmsil olunub.

İştirakçı universitetlərin nümayəndələri sərgi zamanı Malayziyanın multikultural cəmiyyəti, eləcə də sərfəli ali təhsil imkanları barədə məlumat veriblər.

Sərgi azərbaycanlı tələbələr üçün Malayziyanın tanınmış universitetlər ilə tanışlıq üçün uğurlu platforma olub.

Qeyd edək ki, Malayziyada hazırda 131 min beynəlxalq tələbə təhsil alır və 2030-cu ilə qədər bu rəqəmin 250 min tələbə olması hədəflənir.

Oxşar xəbərlər

47 əcnəbi tələbə Azərbaycanda təhsil alacaq
Nazir: Türkiyə–Azərbaycan Universiteti tələbələrini qarşılamağa hazırdır
Türkiyə-Azərbaycan Universiteti tələbə qəbulu elan edir
Yeni tədris ilində Qarabağ və Türkiyə-Azərbaycan universitetləri fəaliyyətə başlayır
Dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərində Azərbaycan universitetlərinin sayı 3-ə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər