WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində tədbirlərin keçiriləcəyi məkanlar açıqlanıb
Bakıda mayın 17–22-də keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı keçiriləcək.
Bu barədə "Report"a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, festival proqramı iki hissədən ibarət olacaq. Günün birinci yarısında tədbirin keçirildiyi şəhərlərdə WUF13 ilə bağlı məlumatlandırma sessiyaları təşkil ediləcək. Axşam saat 18:00-da isə festival açıq havada keçiriləcək ictimai proqramlarla davam edəcək.
Festivalın açılışı 28 aprel tarixində Bakı şəhərində Dənizkənarı Bulvar ərazisində yerləşən Saat Qülləsi meydanında baş tutacaq. Daha sonra tədbirlər 29 aprel tarixində Sumqayıt şəhərinin Göyərçin Parkında, 30 aprel tarixində Quba şəhərinin Nizami Parkında, 2 may tarixində Lənkəran şəhərinin Qala Xiyabanı Parkında, 4 may tarixində Qəbələ şəhərinin Heydər Əliyev Parkında, 5 may tarixində Şəki şəhərinin Bəxtiyar Vahabzadə Parkında, 6 may tarixində Mingəçevir şəhərinin Heydər Əliyev Meydanında, 8 may tarixində Gəncə şəhərinin Heydər Əliyev adına meydanında keçiriləcək və 10 may tarixində Xankəndi şəhərinin Zəfər meydanında yekunlaşacaq.
Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.
Qeyd edək ki, keçiriləcək tədbirlərdə iştirak sərbəstdir və iştirak etmək istəyən bütün şəxslər dəvət olunurlar.
Oxşar xəbərlər
WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq
WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək
Bakıda WUF13 QHT Forumu keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
