WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq
Bakıda aprelin 17–22-də keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar olaraq müxtəlif şəhərlərdə WUF13 Festivalı keçiriləcək.
Bu barədə "Sizinxeber.az"a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, tədbirlərin keçirilməsində məqsəd ölkə ictimaiyyətini bu mühüm tədbir barədə məlumatlandırmaqdır.
Məlumata əsasən, festivalın açılışı aprelin 28-də Bakı şəhərində baş tutacaq. Ardınca tədbirlər aprelin 29-da Sumqayıtda, 30 aprel tarixində Qubada, 2 may tarixində Lənkəranda, 4 may tarixində Qəbələdə, 5 may tarixində Şəkidə, 6 may tarixində Mingəçevirdə, 8 may tarixində Gəncədə keçiriləcək və 10 may tarixində Xankəndidə yekunlaşacaq.
Festival proqramı iki hissədən ibarət olacaq. Günün birinci yarısında tədbirin keçirildiyi şəhərlərdə fəaliyyət göstərən universitetlərdə WUF13 ilə bağlı məlumatlandırma sessiyaları təşkil ediləcək. Günün ikinci hissəsində isə açıq havada ictimai proqramlar keçiriləcək.
Axşam proqramı çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.
Qeyd edək ki, keçiriləcək tədbirlərdə iştirak sərbəstdir.
Oxşar xəbərlər
WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb
Səfir: Banqladeş WUF13-ə yüksək səviyyəli nümayəndə heyəti ilə qatılacaq
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək
Bakıda WUF13 QHT Forumu keçiriləcək
Azərbaycanda WUF13-lə bağlı poçt markaları buraxılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
