Azərbaycan və Koreya daşınmaz əmlakın qeydiyyatında əməkdaşlığı müzakirə edib
Azərbaycan Koreya ilə daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı sahəsində təcrübə mübadiləsi aparıb.
"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti istinadən xəbər verir.
Bildirilib ki, Dövlət Xidmətinin nümayəndə heyəti Koreya Respublikasının Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən Koreya Torpaq və Geoməkan İnformatika Korporasiyası, o cümlədən Koreya Daşınmaz Əmlak Şurası və "Wavus" şirkətində kadastr və daşınmaz əmlakın qeydiyyatı, geodeziya və milli məkan məlumatları sahələrində təcrübə mübadiləsi aparmaq, qarşılıqlı əməkdaşlığı genişləndirmək məqsədilə bir sıra görüşlər keçirib.
Nümayəndə heyəti adıçəkilən dövlət qurumlarının fəaliyyətləri, informasiya sistemləri, eləcə də tətbiq olunan yeniliklər və həyata keçirilən uzunmüddətli strateji dövlət proqramları ilə tanış olub. Koreyalı mütəxəssislər tərəfindən daşınmaz əmlakın kadastrı sahəsində aparılan rəqəmsallaşdırma işləri, xəritəçəkmə, geodeziya, milli məkan məlumatları, daşınmaz əmlakın qiymətləndirilməsi və bu sahələrdə istifadə olunan süni intellekt həlləri barədə təqdimatlar edilib.
Dövlət Xidmətinin əməkdaşları Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı sahəsində tətbiq olunan proqram təminatları, informasiya sistemləri barədə məlumat veriblər.
İki ölkə arasında əməkdaşlığı dərinləşdirmək, rəqəmsal kadastr və daşınmaz əmlakın qeydiyyatı sistemləri üzrə təcrübə mübadiləsini davam etdirmək barədə razılıq əldə olunub.
Oxşar xəbərlər
Azərbaycan və Rusiya daşınmaz əmlak sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan və Özbəkistan kadastr sahəsində əməkdaşlığı genişləndirir
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri auditor seçib
Naxçıvanda daşınmaz əmlakın qeydiyyatı 2 %-dən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
ABŞ-nin yeni hərbi kontingentinin Litvaya gəlişinin anonsu verilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
