Naxçıvanda daşınmaz əmlakın qeydiyyatı 2 %-dən çox artıb
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında ümumilikdə 8 169 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bu barədə muxtar respublikanın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 2,2 % artıb.
Bu ilin 9 ayında muxtar respublikanın daşınmaz əmlakın dövlət reyestrində 3 538 torpaq sahəsi, 2 901 fərdi yaşayış və bağ evi, 1 254 mənzil, 111 qeyri-yaşayış binası, 340 qeyri-yaşayış sahəsi, 24 əmlak kompleksi kimi müəssisə, 1 çoxmərtəbəli yaşayış binası dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, daşınmaz əmlakla bağlı əməliyatların aparılmasına dair müraciətlərin sayı ötən ilki müvafiq göstəricidən 22,8 %, qeydiyyata alınmış torpaq sahələrinin sayı 22,5 %, qeyri-yaşayış sahələrinin sayı 32,2 % çox olub.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdən daxil olan dövlət rüsumu 13,6 % artaraq 884,5 min manat, xidmət haqqı isə 32 % artaraq 1,7 milyon manat təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı 30 %-ə yaxın azalıb
Naxçıvanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 2 % artıb
Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 30 %-dən çox azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Tramp: Hörmüz boğazını hərbi yolla açmaq mümkün olmazdı
