Azərbaycan və Rusiya daşınmaz əmlak sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan və Rusiya arasında daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahələrində əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə müzakirələr İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev və Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və Xəritəçəkmə üzrə Federal Xidmətinin rəhbəri Oleq Skufinskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.
Bildirilib ki, görüşdə qarşılıqlı əməkdaşlıqdan məmnunluq vurğulanıb, daşınmaz əmlakın qeydiyyatı, kadastrı, kütləvi qiymətləndirilməsi və məkan məlumatlarının idarəolunması sahələrində təcrübə mübadiləsi həyata keçirilib.
Tərəflər reyestr və kadastr məlumatlarından səmərəli istifadə, milli məkan infrastrukturunun qurulması və digər potensial əməkdaşlıq istiqamətlərini nəzərdən keçiriblər.
Oxşar xəbərlər
Azərbaycan Rusiya ilə milli məkan infrastrukturu qurmağı müzakirə edib
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şirvanda vətəndaşları qəbul edib
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri auditor seçib
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri auditor seçir
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı”nın yaradılması ilə bağlı layihələr müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













