Alkis Drakinos: Orta Dəhliz Avropa və Asiya arasında yeni ticarət ekosistemi formalaşdırır
Orta Dəhliz boyunca ticarətin inkişafından yalnız Mərkəzi Asiya deyil, həm də Avropa faydalanır.
"Report" xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Cənubi Qafqaz üzrə regional direktoru Alkis Drakinos XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən Cənub-Şərqi Avropa və Transxəzər regionunun biznes sammitində bildirib.
Onun sözlərinə görə, ticarətə, enerjiyə və infrastruktura artan tələbat dünya bazarlarındakı konyunktur dəyişikliklərindən asılı olmayaraq, Orta Dəhlizin inkişafına davamlı tələb yaradır:
"Mərkəzi Asiyada demoqrafik bum müşahidə olunur. Oradakı cəmiyyətlər çox gəncdir. İqtisadiyyatlar daha çox istehsal edir və ehtiyaclar da artır. Bununla yanaşı, ticarətdən yalnız Avropa faydalanmır. Avropa İttifaqı ölkələri təkcə enerji kimi resursları almır, həm də öz məhsullarını regionun sürətlə artan əhalisinə satırlar. Beləliklə, davamlı bir tendensiya formalaşır - ticarət həcmləri artır və uzunmüddətli perspektivdə bu marşrutun inkişafı özünü tam doğruldacaq".
Xəbər yenilənir
Oxşar xəbərlər
Alkis Drakinos: Azərbaycan regional dialoqun ayrılmaz hissəsinə çevrilib
EBRD Cənubi Qafqazda əməkdaşlığın genişləndirilməsini dəstəkləməyə hazırdır
Yevgeni Jukov: "ADB Orta Dəhlizin infrastrukturunun inkişafına təxminən 4 milyard dollar investisiya yatırıb"
Qazaxıstan hökuməti: Cənub-Şərqi Asiya, Fars körfəzi və Avropa ölkələri TBNM-in inkişafında maraqlıdır
Avropa Komissarı Yozef Sikela Mərkəzi Asiya ilə əməkdaşlığın prioritet istiqamətlərini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
