Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 2 %-ə yaxın azalıb
Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 204 494 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
“Report” Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövri ilə müqayisədə 1,5 % azdır.
Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 37 588-i (18,4 %) ilkin, 166 906-sı isə (81,6 %) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 12 % çox və 4,1 % azdır.
Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 37 904, mənzil 52 196, torpaq sahəsi 106 814, qeyri-yaşayış binası 1 736, qeyri-yaşayış sahəsi 5 340, əmlak kompleksi 417, çoxmərtəbəli yaşayış binası 84 və çoxillik əkmələr üzərində 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 56 114-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Son 1 ildə tərtb olunmuş texniki pasportların sayı 6 % azalaraq 145 642, qeydiyyata alınmış ipoteka müqavilələrinin sayı isə 17,05 % azalaraq 34 196 olub.
Oxşar xəbərlər
Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 4 %-ə yaxın azalıb
Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 30 %-dən çox azalıb
Bu il Azərbaycanda 339 minə yaxın mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
