Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq sertifikata layiq görülüb - FOTO
Bakı, 7 iyul 2025-ci il — Heydər Əliyev Beynəlxalq Aeroportu enerji səmərəliliyinin artırılması və ətraf mühitin mühafizəsi istiqamətində atdığı addımların növbəti təsdiqi olaraq, ISO 50001:2018 – Enerji İdarəetmə Sistemi üzrə beynəlxalq sertifikat əldə edib.
"APA-Economics" xəbər verir ki, bu mühüm nailiyyət SƏTƏMM və KN İdarəsinin digər aidiyyəti struktur bölmələrlə sıx və məqsədyönlü əməkdaşlığı nəticəsində mümkün olub. Sertifikatlaşdırma prosesi qlobal miqyasda tanınmış audit və sertifikatlaşdırma qurumu "TÜV Austria" tərəfindən həyata keçirilib. Audit nəticələrinə əsasən, hava limanının enerji idarəçiliyi sahəsində fəaliyyəti beynəlxalq tələblərə tam uyğun qiymətləndirilib.
ISO 50001:2018 standartı müəssisələrin enerji performansını sistemli şəkildə artırmasına, enerji sərfiyyatını və xərclərini azaltmasına, eləcə də karbon emissiyalarını minimuma endirməsinə imkan verən çevik və dövri əsaslarla inkişaf edən idarəetmə çərçivəsini təqdim edir. Bu yanaşma xüsusilə yüksək enerji istehlakçısı olan kompleks infrastruktur obyektləri – o cümlədən müasir beynəlxalq hava limanları üçün strateji əhəmiyyət kəsb edir.
“Heydər Əliyev Beynəlxalq Aeroportunun enerji idarəetməsi sahəsində ISO 50001 kimi nüfuzlu beynəlxalq standart üzrə sertifikat əldə etməsi, fəaliyyətimizin yalnız bu günə deyil, həm də gələcəyə hesablandığını göstərir. Bu uğur ətraf mühitə olan məsuliyyətimizin və dayanıqlı inkişaf yanaşmamızın real nəticəsidir”, - Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov deyib.
“Heydər Əliyev Beynəlxalq Aeroportunun ISO 50001:2018 sertifikatına layiq görülməsi müəssisənin enerji idarəçiliyində beynəlxalq standartlara tam uyğun, sistemli və davamlı yanaşmanı tətbiq etdiyini göstərir. Bu, həm effektiv idarəçiliyin, həm də ətraf mühitə yüksək məsuliyyətin bariz nümunəsidir”, - TÜV Austria-nın Azərbaycandakı nümayəndəliyinin direktoru Ülkər Quliyeva bildirib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu bundan sonra da enerji idarəetməsinin təkmilləşdirilməsi, karbon neytrallığına keçid və yaşıl texnologiyaların tətbiqi istiqamətində beynəlxalq standartlara uyğun strateji təşəbbüslər həyata keçirməkdə davam edəcək.
Oxşar xəbərlər
Fatih Birol: Bu il də enerji səmərəliliyinin iki dəfə artırılması mümkün görünmür
Heydər Əliyev Beynəlxalq Aeroportu daha bir “Skytrax” mükafatına layiq görülüb
Azərbaycanda enerji sisteminin qoyuluş gücü 9 QVt-a yaxınlaşıb
Azərbaycanda enerji sisteminin qoyuluş gücü 9 QVt- a yaxınlaşıb
Heydər Əliyev Beynəlxalq Aeroportu ACA proqramı çərçivəsində 2-ci səviyyəyə nail olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezident məmurlara hansı tapşırıqları verib? — İclasın DETALLARI
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
