Samir Vəliyev: “Əsas məqsəd tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir”
“Elektroenergetika haqqında” qanun layihəsinin əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir.
“Sizinxeber.az” xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında - sözügedən sənədin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu qanun layihəsi Azərbaycanda kommunal xidmətlər sahəsində tariflərin tənzimlənməsinin təkmilləşdirilməsi tarif metodologiyasının tətbiqi istiqamətində atılan növbəti mühüm addımdır: “Bu yanaşmanın, yeniliyin əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir. İstehlakçının statusundan kommunal xidmətlərin istifadə səviyyəsindən asılı olmayaraq, daha ədalətli yanaşma tətbiq olunacaq”.
Oxşar xəbərlər
Nazir müavini: Yeniliyin əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir
“Qaz təchizatı haqqında” qanun layihəsinin hazırlanmasının məqsədi açıqlanıb
Samir Vəliyev: "Enerji Effektivliyi Fondunun yaradılması işləri tamamlanmaq üzrədir"
Azərbaycanda elektrik enerjisiylə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək
Rövşən İsmayılov: “Sabit tarifin tətbiqində məqsəd maliyyə yükünü artırmaq deyil”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












