Sumqayıtda 750 abonentin qazı kəsilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
may
2025
11:30

Sumqayıtda 750 abonentin qazı kəsilib

22 may, 2025
11:30
556

Sumqayıtda 750 abonentin qazı kəsilib

Sumqayıt şəhərində 750 abonentin qaz təchizatı müvəqqəti dayandırılıb.

Bu barədə “Report”un yerli bürosuna “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib.

Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində yerləşən 108 mm-lik orta təzyiqli yeraltı qaz kəmərində aşkarlanmış sızmaların aradan qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar olaraq qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Bu səbəbdən sözügedən ərazidə yaşayan 750 abonentin qazla təminatında fasilə yaranıb. Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.

Bizimlə əlaqə saxlayın