Közhan Yazğan: "TÜDİFAK Azərbaycanın peşəkar kadr potensialının formalaşmasında mühüm rol oynayır"
sizinxeber.az xəbər saytı

Közhan Yazğan: "TÜDİFAK Azərbaycanın peşəkar kadr potensialının formalaşmasında mühüm rol oynayır"


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsi (TÜDİFAK) Azərbaycanın peşəkar kadr potensialının formalaşmasında mühüm rol oynayır.

“Report” xəbər verir ki, bunu Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazğan Bakıda keçirilən “Ortaq Gələcək: Sosial-İqtisadi İnnovasiyalar” mövzusunda Beynəlxalq Türk Dünyası İqtisadi Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 33 il əvvəl fəaliyyətə başlayan və bu gün TÜDİFAK adı ilə tanınan fakültə Azərbaycan üçün strateji əhəmiyyət daşıyır: “Fakültə müasir Azərbaycanın ehtiyac duyduğu bilikli, bacarıqlı və təcrübəli insan resurslarının - beşəri kapitalın - yetişdirilməsi məqsədilə yaradılıb. Bu günə qədər minlərlə tələbə Türk dünyasına bağlılıq ruhunda yetişdirilib və onlar Türk iş dünyasının peşəkar kadrlara olan tələbatını qarşılayırlar”.

K. Yazğan əlavə edib ki, fakültə eyni zamanda Türk dövlətlərindən alimləri bir araya gətirən elmi tədbirlərə ev sahibliyi etməklə bilik, fikir və təcrübə mübadiləsi üçün mühüm platformaya çevrilib: “Türk dünyasında əməkdaşlığın inkişafı baxımından bu kimi təşəbbüslər böyük əhəmiyyət daşıyır”.

Oxşar xəbərlər

TÜRKSOY-un baş katibi: Naxçıvan türk dünyasının “qızıl körpüsü”dür
Türk Dünyası Sığorta Birliyinin ilk konqresi Şuşada keçiriləcək
Macarıstan türk dünyası ilə Avropa arasında ənənəvi sərhədləri aşan dialoq üçün qapı rolunu oynayır
Qarabağ Universitetində Türk Dünyası Elm Mərkəzinin yaradılması təklif olunub
Tahir Mirkişili: "Orta Dəhlizin sabitliyi türk dünyasını qlobal iqtisadi sistemin əsas oyunçularından birinə çevirir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər