Türk dövlətlərinin ortaq brendləri yaradılacaq
sizinxeber.az xəbər saytı

Türk dövlətlərinin ortaq brendləri yaradılacaq


Bu il noyabrın 7-9-da İstanbulda keçiriləcək Türk Ticarət Sərgisində türk dövlətlərinin ortaq brendləri yaradılacaq.

"Sizinxeber.az" xəbər verir ki, bunu sərginin təqdimat konfransında təşkilatçı qurumun nümayəndəsi Aygün Əliyeva bildirib.

"Bu sərgi hər il keçirilir. Əsas məqsəd türk dövlətləri arasında ticarət, sənaye, investisiyalar, texnologiya, xidmətlər və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi, iş adamları arasında əməkdaşlığın genişləndirilməsidir. Sərgidə 20-dən çox sahədə məhsul və yeni texnologiyalar nümayiş etdiriləcək, ölkələrin investisiya imkanları, mühüm sektorlar, sahibkarların problemləri, onların həlli üçün təklifləri və digər aktual məsələlər müzakirə olunacaq. Azərbaycanla türk dövlətləri arasında ticarət əlaqələrinin artmasına töhfə verməliyik. 178 milyon əhalisi və 1,9 trilyon ABŞ dolları dəyərində iqtisadi gücü (ümumi daxili məhsul) olan türk dövlətləri zəngin təbii sərvətləri və Orta Dəhliz adlanan strateji ticarət yolu üzərində yerləşməsi ilə böyük imkanlar təqdim edir. Özəl sektor nümayəndələri prosesdən kənarda qalmamalı və qarşılıqlı investisiyaları, əməkdaşlığı genişləndirməlidir",- deyə o qeyd edib.

Oxşar xəbərlər

"ASAN xidmət" modelinin əsasında "ASAN ticarət" modeli yaradılacaq
Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə 2 milyard dollarlıq iş görüb
Prezident: “Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub”
İlham Əliyev: “Bu gün TDT beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”
Türk Dövlətləri Rəqabət Şurası yaradılıb, qurumun növbəti iclası Şuşada keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle