Viktor Orban: "Macarıstan Rusiyadan enerji idxalının dayandırılmasına qarşıdır"
sizinxeber.az xəbər saytı

Viktor Orban: "Macarıstan Rusiyadan enerji idxalının dayandırılmasına qarşıdır"


Macarıstanın Baş naziri Viktor Orban bəyan edib ki, ölkəsi Avropa Komissiyasının (AK) Rusiyadan enerji daşıyıcılarının idxalının dayandırılması planını dəstəkləməyəcək, lakin bu qərar konsensus deyil, səs çoxluğu ilə qəbul olunarsa, Budapeşt onun qarşısını ala bilməyəcək.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, V. Orban bu barədə “Kossuth” radiostansiyasına verdiyi müsahibədə danışıb.

“Onlar bunu səs çoxluğu ilə qəbul edə bilərlər”, - deyə o, Brüsselin Rusiya qazı, nefti və nüvə yanacağının idxalını yaxın illərdə tamamilə dayandırmaq təşəbbüsünü şərh edərkən bildirib.

Macarıstan hökumət başçısı vurğulayıb ki, bu plan ölkəsinə qarşı yönəlib, çünki o, Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləmir və bu məsələdə İttifaqın əksər üzvləri ilə fikir ayrılığı yaşayır.

V. Orban əlavə edib ki, Rusiyadan enerji tədarükünə qoyulan qadağa nəticəsində qiymətlərin artması macar ailələrinin büdcəsinə mənfi təsir göstərəcək: “Əgər Rusiya qazına embarqo qoyularsa, Macarıstan hər il əlavə olaraq 800 milyard forint (təxminən 2 milyard avro) ödəməli olacaq”.

Baş nazir, həmçinin, Macarıstanın Aİ daxilində bu məsələdə eyni mövqedə olan tərəfdaşlara sahib olduğunu bildirib. O, Slovakiya Baş naziri Robert Fitsonun AK-nın bu təşəbbüsünü “iqtisadi intihar” adlandırdığını xatırladıb. V. Orbanın sözlərinə görə, yaxın aylarda Avropa İttifaqında bu məsələ ətrafında ciddi müzakirə və qarşıdurmalar gözlənilir.

Oxşar xəbərlər

Orban: Macarıstan Aİ-nin Rusiyanın enerji daşıyıcılarından imtinasını dəstəkləməyəcək, lakin qərarın qarşısını ala bilməyəcək
Viktor Orban: Avropa İttifaqı Ukrayna münaqişəsində uduzub
Viktor Orban: Avropa Komissiyası müqavilələrin zəmanətçisi deyil, siyasi alət rolunu oynayır
Viktor Orban: Avropa Şurasının sədri kimi Azərbaycanla strateji əməkdaşlığı dəstəkləyirik
Orban: Macarıstan Rusiya qazının Ukrayna üzərindən tranzitinin saxlanması variantlarını müzakirə edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər