MVM Azərbaycanda “yaşıl enerji” sahəsinə investisiyaların yatırılmasına dair danışıqlara başlayıb
sizinxeber.az xəbər saytı

MVM Azərbaycanda “yaşıl enerji” sahəsinə investisiyaların yatırılmasına dair danışıqlara başlayıb


Macarıstanın “MVM Group” enerji şirkəti Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində mümkün investisiya layihələri üzrə danışıqlara başlayıb.

“Report” xəbər verir ki, bu barədə “MVM Group”un baş direktoru Karoli Matrai Bakıda keçirilən “Daha ‘yaşıl’ gələcəyə doğru innovativ yollar: Bərpa olunan enerji və emissiyaların azaldılması” mövzusunda tədbirdə çıxışı zamanı bildirib.

“Azərbaycandakı fəaliyyətimizə ‘Şahdəniz’ layihəsi çərçivəsində tərəfdaşlarımızla qurduğumuz işgüzar münasibətlər sayəsində başladıq. Hazırda ölkənin bərpa olunan enerji sektoruna mümkün investisiyaların yönəldilməsi ilə bağlı ilkin danışıqlar aparırıq. Hələlik yekun qərarlar qəbul edilməyib. Lakin inanırıq ki, ‘Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi’ təşəbbüsü bizim üçün mühüm perspektivlər açır”, - deyə K.Matrai qeyd edib.

O əlavə edib ki, MVM şirkəti Azərbaycanın “yaşıl enerji”nin inkişafında önəmli rol oynayacağına ümid edir: “Azərbaycanı regionda əsas tərəfdaşlardan biri kimi görürük və onun dayanıqlı enerji gələcəyinin bir hissəsi olmaq istəyirik”.

Oxşar xəbərlər

Baş direktor: “MVM Azərbaycanda "yaşıl enerji"nin inkişafında maraqlıdır”
Azərbaycanda "yaşıl məhsul"lar istehsal ediləcək
Peter Kaderyak: “Azərbaycan bərpa olunan enerji sahəsini sürətlə inkişaf etdirə bilər”
Orxan Zeynalov: “Yaxın Şərq və Çin şirkətləri Transxəzər enerji dəhlizinə maraq göstərir"
Azərbaycan İsveç ilə Xəzərdə külək enerji layihələrində əməkdaşlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle