Azərbaycanda "yaşıl məhsul"lar istehsal ediləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanda "yaşıl məhsul"lar istehsal ediləcək


Azərbaycanda "yaşıl gübrə" və "yaşıl metanol" istehsal edilməsi nəzərdə tutulur.

“Report” xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Bakıda keçirilən “Daha yaşıl gələcəyə doğru innovativ yollar: Bərpa olunan enerji və emissiyaların azaldılması” mövzusunda tədbirdə bildirib.

"Yaşıl enerji" sahəsində genişmiqyaslı layihələr, "yaşıl dəhliz"lərlə bağlı investorların hərəkətə keçməsi üçün uzunmüddətli razılaşmalara ehtiyac var. Bundan başqa, maliyyələşdirmə ilə bağlı məsələlər də həll olunmalıdır", - o vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda "yaşıl məhsul"lar da istehsal edilə bilər: "Bu, təkcə enerji təhlükəsizliyi ilə deyil, sənaye təhlükəsizliyi ilə bağlı məsələdir. Onlar bir-biri ilə əlaqəlidir. Azərbaycan "yaşıl gübrə"lər və "yaşıl metanol" istehsal edəcək. Daxili tələbat ödənildikdən sonra bu məhsullar ixrac olunacaq".

Oxşar xəbərlər

BOEMDA rəsmisi: "Aİ ölkələri "yaşıl enerji" idxalına daha çox ehtiyac duyacaq"
BOEMDA: Azərbaycanda boz hidrogeni "yaşıl enerji mənbələri" ilə əvəz edilməsi planlaşdırılır
Agentlik rəsmisi: “Azərbaycan 23 meqavat günəş enerjisi potensialına malikdir”
Bu il Azərbaycanda “yaşıl enerji” istehsalı 80 %-dən çox artıb
Azərbaycan 2030-cu il üçün 7 Gwt yaşıl enerji istehsal edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər