Milli Məclis AÇG ilə bağlı yeni sazişə İkinci Qoşmanı təsdiq edib
sizinxeber.az xəbər saytı

Milli Məclis AÇG ilə bağlı yeni sazişə İkinci Qoşmanı təsdiq edib


Milli Məclisin bu gün keçirilən plenar iclasında “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi təsdiq edilib.

"Sizinxeber.az" xatırladır ki, sənəd parlamentə Prezident İlham Əliyevin adından daxil olub.

İkinci qoşma bu il avqustun 1-də Bakıda Dövlət Neft Şirkəti (SOCAR) ilə Azərbaycan (AÇG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Ekvinor Abşeron AS, Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., MOL Azərbaycan, Ltd., ONGC Videş Limited, Türkiye Petrolleri A.O. arasında imzalanıb.

Oxşar xəbərlər

Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsinə dair Sazişə İkinci Qoşmanın detalları açıqlanıb
Bu il ARDNF-nin “Azəri-Çıraq-Günəşli”dən gəlirləri açıqlanıb
Neft Fondu bu il AÇG-nin işlənməsindən 3,6 milyard dollardan çox gəlir əldə edib
“Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib
Azərbaycan 8 ayda qaz hasilatını 2,5 % artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle