Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsinə dair Sazişə İkinci Qoşmanın detalları açıqlanıb
- 29-11-2024, 12:00
- İqtisadiyyat / Sənaye və energetika
- 0
- 1 508
“Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşmanın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi təqdim edilib.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.
Sadiq Qurbanov deyib ki, bu sənəd 1994-cü il 20 sentyabrda imzalanmış və Ulu Öndərin misilsiz xidmətləri sayəsində gerçəkləşən “Əsrin konrtaktı” ilə başlanan işlərin davamı olaraq, həmin kontrakt çərçivəsində formalaşmış beynəlxalq konsorsiumun əsas iştirakçıları ilə birlikdə yaşıl enerjiyə keçid enerjisi olan təbii qazın hasilatı və pay bölgüsü ilə bağlı məsələləri əhatə edir.
Qeyd edilib ki, 20 sentyabr 1994-cü il sazişinin imzalanmasından böyük dövr keçib. Həmin sazişə yenidən baxılaraq 2017-ci il sentyabrın 14-də SOCAR-la tərəfdaş şirkətlər arasında onun uzadılması barədə qərar qəbul edilmişdir. Tərəfdaş şirkətlər sırasında Azərbaycan (ACG) Limited, BP, Şevron, Ekson, İtoçu, Türkiye Petrolleri və digər şirkətlər yer tutur. Həmin Sazişin 15.2-ci maddəsində qeyd edilirdi ki, SOCAR Azəri, Çıraq və Günəşli yataqlarında hasilatın pay bölgüsü sazişi üzrə bütün Sərbəst Təbii Qaz Yataqlarının kəşfiyyatını və işlənməsini həyata keçirmək üzrə müstəsna hüquqa malikdir. Əgər SOCAR hər hansı Üçüncü Tərəflər və ya hər hansı Podratçı Tərəf(lər) ilə Sərbəst Təbii Qaz Yataqlarının işlənməsini qərara alarsa, o zaman Tərəflər bu cür işlənmə üçün şərtləri və müddəaları razılaşdırmalıdırlar.
Hazırki razılaşma məhz bu çərçivədə hazırlanıb və 2024-cü il avqustun 1-də tərəflər arasında Sazişə İkinci Qoşma olaraq imzalanıb.
Beləliklə, qaz sazişi olaraq bu layihə Azəri-Çıraq-Günəşli hasilatın pay bölgüsü sazişinin Kontrakt Sahəsinin coğrafi hüdudları daxilində yerləşən, lakin Kontraktla əhatə olunmayan Sərbəst Təbii Qaz Yataqlarındakı hasil edilməmiş qaz və maye karbohidrogenlərin işlənməsini nəzərdə tutur. Eyni zamanda tərəflər bu layihənin mövcud hasilatın pay bölgüsü sazişi əsasında həyata keçirilən layihə və onun əməliyyat prosesləri ilə bağlılığını nəzərə alaraq, qərara alınmışdır ki, layihə mövcud Podratçı şirkətlərlə birgə işlənsin.
İkinci Qoşma hazırlanarkən mövcud digər qaz layihələri sazişlərindəki (Abşeron və Şah Dəniz HPBS) əsas kommersiya və fiskal şərtlər əsas götürülmüş, eləcə də onların həyata keçirilməsinin müsbət təcrübəsindən istifadə edilib.
Sazişə görə Podratçı qarşısında Çıraq Dərin Sulu Günəşli yataqları, Azəri kontrakt sahəsinə aid olan qaz layları üzrə bir sıra öhdəliklər qoyulub. Belə ki, Podratçı tərəflər müəyyən edilmiş müddətlər ərzində qiymətləndirmə aparmaq üçün qiymətləndirmə quyularının qazılması ilə bağlı yekun investisiya qərarlarını qəbul etməli, marketinq işlərini aparmalı, vahid işlənmə proqramlarını hazırlayıb təsdiq üçün SOCAR-a təqdim etməli, habelə ilk qazın hasilatının təmin edilməsi ilə bağlı müəyyən tədbirlər görməlidirlər.
Podratçının üzərinə qoyulmuş öhdəliklər müqavilədə müəyyən edilmiş müddətlər ərzində yerinə yetirilmədiyi təqdirdə, xüsusilə Podratçı müəyyən yataqlarla bağlı müsbət investisiya qərarı qəbul etmədiyi təqdirdə SOCAR birtərəfli şəkildə Podratçıdan həmin laylardan imtina etməsini/geri qaytarılmasını tələb etmək hüququna malikdir.
Çıraq Dərin Sulu Günəşli yataqları üzrə qiymətləndirmə quyusundan hasil ediləcək qaz SOCAR-a satılacaq. Digər laylar və yataqlar üzrə investisiya qərarları sonrakı illərdə İkinci Qoşmada qeyd olunan müddətlər ərzində veriləcək: “Bu qanunun qəbulu ilə biz sənədin hüquqi statusunu müəyyən etmiş olacağıq”.
“Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanunun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.


width="220" alt="Milli Məclis AÇG ilə bağlı yeni sazişə İkinci Qoşmanı təsdiq edib" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />