Abdulla Balalaa: “BƏƏ enerji istehlakında səmərəliliyi 45 %-ə qədər artıracaq”
sizinxeber.az xəbər saytı

Abdulla Balalaa: “BƏƏ enerji istehlakında səmərəliliyi 45 %-ə qədər artıracaq”


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) enerji strategiyasını 2050-ci ilədək yeniləyib və enerji istehlakında səmərəliliyi 45 %-ə qədər artırmağı planlaşdırır.

"Sizinxeber.az" xəbər verir ki, bunu BƏƏ-nin xarici işlər nazirinin köməkçisi Abdulla Balalaa BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" adlı tədbirdə deyib.

O bildirib ki, BƏƏ enerji sektorunda xalis sıfır hədəfinə nail olmaq üçün əhəmiyyətli irəliləyiş əldə edib: "Biz, həmçinin şəbəkə emissiya əmsalını daha da azaltmağı hədəfləyirik ki, bu da BƏƏ-ni ən aşağı emissiya dərəcəsinə malik ölkələrdən birinə çevirəcək. BƏƏ olaraq, biz təmiz enerji mənbələrinə doğru iddialı, lakin praqmatik keçiddə rol modeli olmağı hədəfləyirik".

Oxşar xəbərlər

Aİ komissarı alternativ enerji məqsədlərinə birgə nail olmaq üçün hədəfləri açıqlayıb
Aİ COP29-da iqlim dəyişikliyi ilə bağlı gələcək qlobal fəaliyyətləri dəstəkləyəcək
Fatih Birol: "III yüksək səviyyəli dialoq çərçivəsində IEA-nın məlumatları müzakirə ediləcək"
IRENA-nın baş direktoru: "İqlim məqsədlərinə nail olmaq üçün enerji keçidi sürətləndirilməlidir"
COP30 prezidenti: Braziliya bərpa olunan enerji mənbələri sahəsində yeni sənayeləşməyə çatmağı planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle