Azərbaycan Hidrogen Şurası ilə  enerji əməkdaşlığını müzakirə edib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azərbaycan Hidrogen Şurası ilə enerji əməkdaşlığını müzakirə edib - YENİLƏNİB


Braziliyada səfərdə olan energetika naziri Pərviz Şahbazov Hidrogen Şurasının baş icraçı direktoru İvana Jemelkova ilə görüşüb.

“Sizinxeber.az” Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə “Hidrogen Bəyannaməsi”nin COP29 Sədrliyinin enerji təşəbbüslərindən biri olduğu, ölkəmizdə hazırda hidrogen strategiyasının hazırlandığı və dənizdə külək enerjisi əsasında hidrogen istehsalı və ixracını nəzərdə tutan layihələr barədə məlumatlar verilib.

COP zamanı hidrogen mövzusunda tədbirlərdə iştirak və əməkdaşlıq imkanları müzakirə edilib. COP-da uğurlu nəticə əldə etmək üçün Hidrogen Şurasının maraqlı dairələrin cəlbi istiqamətində dəstəyi təklif olunub.

12:11

Azərbaycan ilə Hidrogen Şurasının əməkdaşlıq imkanları dəyərləndirilib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.

Nazir bildirib ki, Braziliyada G20 tədbirləri çərçivəsində Hidrogen Şurasının baş icraçı direktoru İvana Jemelkova ilə görüşü olub.

“Hidrogen Bəyannaməsi” təşəbbüsü, hidrogen istehsalı-ixracı üzrə layihələrimizdən danışdıq və Şura ilə əməkdaşlıq imkanlarını dəyərləndirdik”, deyə P. Şahbazov qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan “Uniper” ilə “mavi hidrogen” sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
KİV: Bayden hidrogenin istifadəsinin inkişafı üçün 62 milyon dollar ayırıb
Almaniyada Azərbaycanın beynəlxalq yaşıl enerji siyasətinin istiqamətləri açıqlanıb
Energetika Nazirliyi COP29 gündəliyinə daxil edilən enerji təşəbbüslərini açıqlayıb
Nazir: COP29 dünyada “xalis sıfır”a nail olmaq üçün enerji təşəbbüslərini formalaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle