Pərviz Şahbazov "Wind Energy Hamburg" tədbirində iştirak edəcək
sizinxeber.az xəbər saytı

Pərviz Şahbazov "Wind Energy Hamburg" tədbirində iştirak edəcək


Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Wind Energy Hamburg" tədbirində iştirak edəcək.

“Report”un nazirliyə istinadən xəbər verir ki, nazir Almaniyaya səfər edib.

O, sentyabrın 24-də Hamburq şəhərində keçiriləcək "Wind Energy Hamburg" tədbirinə qatılacaq.

Tədbirdə Avropa ölkələrindən olan rəsmilər, “WindEurope”, “Nordex Group”, “Landwind Group”, “Enterprise Singapore” və külək enerjisi sahəsində fəaliyyət göstərən digər şirkətlərin nümayəndələrinin iştirakı gözlənilir. Energetika nazirinin tədbirin açılış sessiyasında “İnvestisiyalar və qlobal əməkdaşlıq” mövzusunda və “Enerji keçidi” adlı sessiyada “Azərbaycanın yaşıl enerji ixracı strategiyası” mövzusunda çıxışları nəzərdə tutulur.

Oxşar xəbərlər

Energetika naziri TDT enerji nazirlərinin 4-cü iclasında iştirak edəcək
“Energy China” COP29 çərçivəsində paralel tədbir keçirəcək
"Energy China" öz törəmə şirkətləri vasitəsilə Azərbaycanda iştirakını genişləndirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər