“OPEC+”un payı dünya neft bazarında 2050-ci ilə qədər 52 %-ə çatacaq
sizinxeber.az xəbər saytı

“OPEC+”un payı dünya neft bazarında 2050-ci ilə qədər 52 %-ə çatacaq


Dünya neft və digər maye karbohidrogenlərin təklifi 2050-ci ilə qədər 2024-cü illə müqayisədə gündəlik 20,6 milyon barel artaraq sutkada 123 milyon barel təşkil edəcək.

"Report" “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə OPEC-in illik icmalında bildirilib.

Bildirilib ki, 2040-cı ildən etibarən bütün tədarüklərin yarısından çoxu “OPEC+” ölkələrinin payına düşəcək.

Alyansın analitiklərinin fikrincə, 2035-ci ilə qədər üstünlük payı - təxminən 52 % - “OPEC+”a üzv olmayan ölkələrdə qalacaq. Lakin sonrakı dövrdə trend dəyişməyə başlayacaq. 2035-ci ilə qədər bu ölkələrdən təklif gündəlik 59,8 milyon barel olacaq, bundan sonra azalmağa başlayacaq və 2050-ci ilə qədər gündəlik 58,9 milyon barel təşkil edəcək.

Bu, ilk növbədə, ABŞ-nin başçılıq etdiyi Amerika qitəsi ölkələrində təklifin azalması ilə bağlıdır. Onların istehsalının pik həddi 2030-cu ildə - gündəlik 29,6 milyon barel (ABŞ-də 23,1 milyon barel) gözlənilir, bundan sonra ardıcıl azalma başlayacaq. 2050-ci ilə qədər bu ölkələrdə maye karbohidrogenlərin ümumi hasilatı gündəlik 27,3 milyon barel təşkil edəcək. Bu zaman ABŞ-də hasilat gündəlik 19,6 milyon barel qədər azalacaq.

Təşkilatın analitiklərinin qiymətləndirməsinə görə, artıq 2040-cı ilə qədər “OPEC+” ölkələri neft təklifi həcminə görə qeyri-alyans ölkələrini ötəcək – gündəlik 59,7 milyon barelə qarşı sutkada 60,4 milyon barel olacaq. 2050-ci ilə qədər isə fərq artacaq - gündəlik 58,9 milyon barelə qarşı sutkada 64,1 milyon barel təşkil edəcək. Beləliklə, 25 ildən sonra “OPEC+”un dünya neft bazarındakı payı hazırkı 48 %-dən 52 %-ə qədər arta bilər.

Oxşar xəbərlər

OPEC+ ölkələri növbəti 25 ildə neft tədarükünü sutkada 62,9 milyon barelə çatdıracaq
IEA: Azərbaycan apreldə “OPEC+” kvotasından gündəlik 70 min barel geri qalıb
IEA: Azərbaycan yanvarda “OPEC+” kvotasından gündəlik 70 min barel geri qalıb
IEA: Azərbaycan martda “OPEC+” kvotasından gündəlik 80 min barel geri qalıb
EIA qlobal neft hasilatının artım proqnozunu azaldıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər