Səngəçal terminalından neft və kondensat ixracı 10 % azalıb
sizinxeber.az xəbər saytı

Səngəçal terminalından neft və kondensat ixracı 10 % azalıb


Bu ilin I rübündə Səngəçal terminalından 47 milyon barel neft və kondensat ixrac edilib.

"Report" "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 % azdır.

"2026-cı ilin yanvar-mart aylarında "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Rüb ərzində terminaldan ixrac edilmiş neft və kondensatın hamısı Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilib", - məlumatda qeyd olunub.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74,4 milyon standart kubmetr "Şahdəniz" qazı (2025-ci ilin yanvar-mart aylarına nisbətən 1,5 % çox) göndərilib.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Oxşar xəbərlər

Fevralda BTC ilə neft ixracı 1 % azalıb
Bu il Azərbaycan 22 milyon tondan çox neft-kondensat ixrac edib
Azərbaycan iki ayda 4 milyon tona yaxın neft-kondensat ixrac edib
Bu il Azərbaycan 18 milyon tona yaxın neft-kondensat ixrac edib
Azərbaycanda I rübdə 7 milyon tona yaxın neft-kondensat hasil edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər