Vuçiç: İstənilən bəyanat neft qiymətlərini qaldırır, yaxşı olardı ki, heç kim heç nə deməsin
Serbiyanın ən böyük enerji və neft-qaz şirkəti olan NIS-dəki Rusiya payının satışı üzrə razılaşmanın başa çatmasına bir aydan az vaxt qalıb.
"Report" "Tanjug" agentliyinə istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.
Qeyd edək ki, NİS Serbiyanın ən böyük enerji və neft-qaz şirkətidir.
"Bizə qarşı sanksiyalar formal olaraq davam edir, sadəcə olaraq hələ tətbiq olunmur - NIS-in satışı üzrə razılaşmanın yekun olaraq başa çatmasına bir aydan az vaxt qalıb", - o deyib.
Serbiya lideri vurğulayıb ki, hakimiyyətin bahalaşmanın qarşısını almağa çalışaraq aksiz gəlirlərinin 25 %-dən imtina etməsinə baxmayaraq, ölkə yanacaq qiymətlərinin artması səbəbindən ciddi problemlə üzləşib.
"Ağ Evdən, Tehrandan və ya regiondan verilən istənilən bəyanat qiymətləri yalnız yuxarı qaldırır. Yaxşı olardı ki, ümumiyyətlə heç kim heç nə deməsin. Hər dəfə bazarı sakitləşdirməyə cəhd edildikdə, neft daha da güclü bahalaşır", - Serbiya lideri qeyd edib.
O əlavə edib ki, hökumət artıq müəyyən vergi güzəştləri ilə bağlı ciddi addımlara gedib, lakin vəziyyət əvvəlki kimi ağır olaraq qalır.
"Artıq regionun səkkiz ölkəsindən altısında yanacaq bizdəkindən bahadır. Mən bilmirəm daha nə edək - ümumiyyətlə dövlətin bütün gəlirlərindən imtina edək? Biz çox mürəkkəb vəziyyətdəyik", - Serbiya Prezidenti bildirib.
Oxşar xəbərlər
Vuçiç: ABŞ-nin NIS-in sanksiyalarını ləğv etməsi ilə bağlı danışıqlar dalana dirənib
Vuçiç: Almaniya Serbiyanın ən böyük xarici ticarət tərəfdaşıdır
Serbiya Baş nazirinin müavini: ABŞ Belqrad və Moskvanı düşmən etməyə çalışır
Serbiya və Rusiya prezidentləri sabah danışıqlar aparacaq
Vuçiç: Serbiyada heç vaxt zorakılıqla hakimiyyət dəyişikliyi olmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
