Azərbaycan və Türkiyə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Türkiyə arasında hərbi aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib


Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyədə rəsmi səfərdədir.

Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, general-leytenant N.İslamzadə "Anadolu Qartalı – 2026" beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində bir sıra tədbirlərdə iştirak edib, şəxsi heyətlə görüşüb.

Azərbaycan heyətinin rəhbəri polkovnik Zaur Məmmədov təlimin gedişi və şəxsi heyət qarşısında qoyulan tapşırıqlar barədə HHQ komandanına məruzə edib.

Təlimdə şəxsi heyətin nümayiş etdirdiyi peşəkarlıq nazir müavini tərəfindən yüksək qiymətləndirilib.

Sonra general-leytenant Namiq İslamzadə və Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlu arasında görüş keçirilib.

Görüşdə ölkələr arasında hərbi aviasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, birgə keçirilən təlimlərin əhəmiyyəti və qarşılıqlı təcrübə mübadiləsi xüsusi vurğulanıb.

Hər iki ölkənin Hərbi Hava Qüvvələrinin komandanları təlim fəaliyyətlərini havadan izlədikdən sonra təlim çərçivəsində təşkil olunan sərgidə nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olublar.

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə HHQ komandanları hərbi aviasiya sahəsində əməkdaşlığı müzakirə edib
Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişləndirilir
Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB
Müdafiə nazirinin müavinləri Qətərə səfər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər