Serbiya Baş nazirinin müavini: ABŞ Belqrad və Moskvanı düşmən etməyə çalışır
ABŞ-nin Serbiyanın NIS (Serbiyanın Neft Sənayesi) şirkətinə qarşı sanksiyalar tətbiq etmək qərarı, Vaşinqtonun planlaşdırdığı kimi, serbləri öz müstəqil siyasətindən əl çəkməyə və Moskvaya münasibətdə məhdudiyyətləri qəbul etməyə məcbur etməlidir. Beləliklə, Qərb Rusiyanı Serbiyanın gözündə dost yox, düşmən kimi təqdim etməyə çalışır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Serbiya Baş nazirinin müavini Aleksandr Vulin bildirib.
“Əgər ABŞ NİS-ə qarşı sanksiyalar tətbiq edərsə və bununla da iqtisadiyyatımıza ciddi zərbə vurarsa, bu, Serbiya bazarının itkisini asanlıqla kompensasiya edə biləcək Rusiyaya ziyan vurmaq üçün edilməyəcək. Sanksiyalar Serbiyaya qarşı yönəldiləcək ki, bizi müstəqil siyasətimizdən əl çəkməyə və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə məcbur etsin. ABŞ bizdən dostluq tələb etmir, Rusiyaya düşmən olmağımızı istəyir. Rusiya bizdən düşmən yaratmağı tələb etməyib, onun dostu olmağımız kifayətdir”, - deyə Vulin bildirib.
Serbiya prezidenti Aleksandar Vucic artıq bəyan edib ki, ABŞ-ın 2025-ci il yanvarın 1-dən gözlənilən NIS-ə qarşı sanksiyalar tətbiq etmək qərarı Belqradın Rusiya qarşı məhdudiyyətlərə qoşulmaqdan imtina etməsinə təsir etməyəcək.
Oxşar xəbərlər
Vuçiç: Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək
“G7” ölkələri ABŞ-dan sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
