Vuçiç: ABŞ-nin NIS-in sanksiyalarını ləğv etməsi ilə bağlı danışıqlar dalana dirənib
ABŞ "Serbiyanın Neft Sənayesi" (NİS) şirkətinin sanksiyalar rejimindən çıxarılması məsələsi ilə bağlı hansısa dəyişiklik etməyib.
"Report"un məlumatına görə, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç "Financial Times" qəzetinə açıqlamasında deyib.
"Biz amerikalılarla, ruslarla, hamı ilə danışdıq. ABŞ-nin münasibətində heç bir dəyişiklik görmədik", - o qeyd edib.
Vuçiç deyib ki, o, Xorvatiyanın Adriatik neft boru kəməri operatoru JANAF-ın ABŞ-nin sanksiyalarından imtina müddətinin başa çatması səbəbindən cümə günü NIS-ə neft tədarükünü dayandıracağına əmin deyil. Eyni zamanda, dövlət başçısı Serbiyanın neft sənayesi üzrə müqavilə bağlamağın zəruriliyini etiraf edib. Çünki şirkətin ehtiyatları təxminən 80 gün davam edəcək.
Serbiya Prezidenti həmçinin vurğulayıb ki, Rusiya nəyin bahasına olursa-olsun, NIS-in mülkiyyətində iştirakını saxlamaq istəyir.
Xatırladaq ki, 2025-ci il yanvarın əvvəlində ABŞ Maliyyə Nazirliyi “Qazprom Neft”ə, onun rəhbəri Aleksandr Dyukova, həmçinin NIS-ə qarşı sanksiyalar tətbiq edib. Fevralın 4-də "Serbiyanın Neft Sənayesi" şirkəti ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinə sanksiyaların azı 90 gün müddətinə təxirə salınması tələbi ilə müraciət edib.
Oxşar xəbərlər
Serbiya Baş nazirinin müavini: ABŞ Belqrad və Moskvanı düşmən etməyə çalışır
Serbiya və Rusiya prezidentləri sabah danışıqlar aparacaq
Vuçiç Serbiyanın 2027-ci ilə qədər ÜDM-nin artım tempini qiymətləndirib
Vuçiç: Qərb Rusiya ilə birbaşa hərbi münaqişəyə hazırlaşır
Vuçiç impiçment referendumu ilə Serbiya prezidenti vəzifəsini tərk etməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













