Avropada dizel yanacağının qiymətləri Hörmüz boğazında vəziyyətlə bağlı rekord həddə çatır
sizinxeber.az xəbər saytı

Avropada dizel yanacağının qiymətləri Hörmüz boğazında vəziyyətlə bağlı rekord həddə çatır


Hörmüz boğazında gəmiçilikdə yaranan fasilələr fonunda Avropada neft məhsullarının qiymətləri yüksəlir və tarixi maksimuma yaxınlaşır.

"Report" xəbər verir ki, bunu "Platts" agentliyinin məlumatları göstərir.

Hesabata əsasən, az kükürdlü qazoylun fyuçersləri 17,25 dollar artaraq, 1 349,25 dollara çatıb ki, bu da 2022-ci ilin iyun ayından bəri ən yüksək səviyyədir.

Eyni zamanda, dizelin spot qiymətləri əvvəlki rekordları aşıb:

- Avropanın şimal-qərbində - 1 505,25 dollar (hər tonu);

- Aralıq dənizində - 1 470,75 dollar.

"Insights Global"ın məlumatına görə, Amsterdam-Rotterdam-Antverpen mərkəzində dizel və qazoyl ehtiyatları həftəlik olaraq 4,79 % azalaraq 2,089 milyon tona düşüb.

Aviayanacaq bazarı gərgin olaraq qalır. Kerosin ehtiyatları illik müqayisədə 13,4 % azalaraq, 737 000 tona düşüb ki, bu da ardıcıl dördüncü həftədir, azalma deməkdir.

Bundan əlavə, neftin qiymətləri yüksəlir: "Dated Brent"in spot premium qiyməti 2022-ci ilin avqustundan bəri ən yüksək olan barel üçün 4 dollara çatıb.

Analitiklər mövcud tendensiyanı Fars körfəzindəki vəziyyət fonunda təklifin qeyri-sabitliyi ilə əlaqələndirirlər.

Oxşar xəbərlər

“Brent” markalı neftin qiyməti yanvarın 9-dan ilk dəfə 76 dollardan aşağı düşüb
FAO iyun ayı üçün ərzaq qiymətlərinin indeksini açıqlayıb
“Brent” markalı neftin qiyməti noyabrın 18-dən bəri ilk dəfə 71 dollardan aşağı düşüb
Dünya bazarlarında neft iki dollara yaxın bahalaşıb
"Brent" neftinin bir bareli 113 dollara satılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər