“Brent” markalı neftin qiyməti yanvarın 9-dan ilk dəfə 76 dollardan aşağı düşüb
Londonun ICE birjasında 2024-cü ilin martında çatdırılacaq “Brent” markalı neftin fyuçerslərinin qiyməti yanvarın 9-dan bəri ilk dəfə bir barel üçün 76 dollardan aşağı düşüb.
“Sizinxeber.az” xəbər verir ki, bunu ticarət məlumatları göstərir.
Bakı vaxtı ilə saat 04:20-yə olan məlumata görə, “Brent” markalı neftin bir barelinin qiyməti 0,31 % ucuzlaşaraq 75,98 dollar olub.
Bakı vaxtı ilə saat 04:37-də “Brent” markalı neftin bir barreli 76,21 dollar (0,3 %) olub. Eyni zamanda, 2024-cü ilin fevralında çatdırılacaq WTI markalı xam neftin fyuçersləri 0,35 % ucuzlaşaraq bir barel üçün 73,58 dollar təşkil edir.
Bakı vaxtı ilə saat 05:00-da “Brent” markalı neftin bir barreli 76,10 dollara (0,14 %) satılıb. Eyni zamanda, WTI markalı xam neftin 2022-ci ilin oktyabrında tədarükü üçün fyuçerslər 0,26 % ucuzlaşaraq bir barel üçün 73,77 dollar təşkil edib.
Oxşar xəbərlər
“Brent” markalı neftin qiyməti noyabrın 18-dən bəri ilk dəfə 71 dollardan aşağı düşüb
“Brent” markalı neftin qiyməti 91 dolları ötüb
“Brent” markalı neftin qiyməti son 14 ayın minimumuna düşüb
“Brent” markalı neft ucuzlaşıb
Donald Trampın çıxışından sonra neftin qiyməti aşağı düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













