SOCAR-ın Karbamid Zavodu məhsulunu 15-dən çox ölkəyə ixrac edir
sizinxeber.az xəbər saytı

SOCAR-ın Karbamid Zavodu məhsulunu 15-dən çox ölkəyə ixrac edir


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodu hazırda məhsulunu 15-dən çox ölkəyə ixrac edir.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə zavodun İstehsalat Şöbəsinin rəisi Şöhrət Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, karbamid gübrəsi əsasən Qara dəniz sahilində yerləşən ölkələrə, o cümlədən Türkiyə, Gürcüstan, ABŞ, Argentina və Braziliyaya ixrac olunur. “Hindistan dünyanın ən böyük gübrə istehsalçılarından biridir, lakin biz onlara da karbamid gübrəsi satırıq”,- deyə o bildirib.

O vurğulayıb ki, SOCAR Karbamid Zavodunun illik istehsal gücü 650-660 min ton təşkil edir: “2024-cü ildə bu göstərici 652 min tonu keçib. Builki məqsəd isə bu rəqəmi daha da artırmaqdır. Zavod daxili bazarın tələbatını tam qarşılayır. Layihələndirilərkən nəzərə alınıb ki, istehsalın 30 %-i daxili bazara, 70 %-i isə ixraca yönəldilsin. Lakin hazırda daxili bazarın təminatı 20 % kifayət edir ".

Oxşar xəbərlər

Azərbaycanda karbamid istehsalı 3 %-dən çox artıb
Azərbaycanda bu il karbamid istehsalının artırılması planlaşdırılıb
Azərbaycan karbamid istehsalın 18 % artırıb
SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb
Azərbaycan karbamid ixracından gəlirini 92 %-dən çox artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər