QDTİB Azərbaycanda BOEM sahəsinə investisiya imkanlarını nəzərdən keçirir
sizinxeber.az xəbər saytı

QDTİB Azərbaycanda BOEM sahəsinə investisiya imkanlarını nəzərdən keçirir


Hazırda Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda bərpa olunan enerji mənbələrindən (BOEM) enerji istehsalı sahəsində bir sıra imkanları nəzərdən keçirir.

Bu barədə “Sizinxeber.az”a müsahibəsində QDTİB-in prezidenti Serhat Köksal bildirib.

S.Köksal vurğulayıb ki, Azərbaycanın "yaşıl iqtisadiyyat"ın inkişafı və davamlı artım mənbələrinə keçid istiqamətindəki fəal səylərini alqışlayır:

"Biz, həmçinin enerji səmərəliliyinin artırılmasına, şəhər və nəqliyyat infrastrukturunun dayanıqlı inkişafına, o cümlədən “yaşıl nəqliyyat" sahəsində həllərə yönəlmiş layihələrdə maraqlıyıq. Hökumətin iqtisadiyyatın karbonsuzlaşdırılması və bərpa olunan enerjidən istifadənin genişləndirilməsi hədəflərini nəzərə alaraq, bu sahədə əməkdaşlığın dərinləşdirilməsini səbirsizliklə gözləyirik və həm maliyyə, həm də ekspert dəstəyi göstərməyə hazırıq".

QDTİB-in prezidenti, Azərbaycan hökumətinin həyata keçirdiyi dövlət-özəl tərəfdaşlıq sahəsində islahatların əhəmiyyətini xüsusi vurğulayıb: “Onlar birgə infrastruktur layihələri üçün yeni imkanlar açır. Biz həmçinin bərpa olunan enerji sahəsində təşəbbüsləri böyük maraqla izləyirik və bu istiqamətdə dəstək verməyə hazırıq”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Dünya Bankı Azərbaycanda BOEM-in maliyyələşdirilməsi ilə bağlı gələcək istiqamətləri açıqlayıb
QDTİB-nin Rəhbərlər Şurasının növbəti iclası Azərbaycanda keçiriləcək
Çin Azərbaycanla BOEM sahəsində fəal əməkdaşlığa ümid edir
Serhat Köksal: "QDTİB Azərbaycanın strateji rolunu gücləndirəcək layihələri dəstəkləməyə hazırdır“ - MÜSAHİBƏ
QDTİB-nin 2023-2026-cı illər üçün orta müddətli strateji və biznes planının 2-ci mərhələsi təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər