Azərbaycanda mebel məhsullarının təhlükəsizliyinə dair reqlament hazırlanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda mebel məhsullarının təhlükəsizliyinə dair reqlament hazırlanıb


Azərbaycanda “Mebel məhsullarının təhlükəsizliyi haqqında texniki reqlament” layihəsi ictimai müzakirəyə təqdim olunub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulur.

Qeyd olunan texniki reqlament insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlət maraqlarının qorunmasını, eləcə də istehlakçıları çaşdıran halların qarşısının alınmasını təmin etmək məqsədilə hazırlanıb. Layihə hazırlanarkən beynəlxalq təcrübədə mebel məhsullarına tətbiq olunan texniki reqlamentlər də nəzərə alınıb.

Sənədə əsasən, gələcəkdə mebel məhsullarının müxtəlif növləri üzrə təhlükəsizliklə bağlı digər texniki reqlamentlər qəbul edilərsə, həmin məhsullar mövcud olan bütün reqlamentlərin tələblərinə uyğun olmalıdır.

Oxşar xəbərlər

Azərbaycanda sürtkü materialları ilə bağlı texniki reqlament layihəsi hazırlanıb
Azərbaycanda uşaqlarla bağlı texniki reqlament layihələri hazırlanıb
Azərbaycanda maşın və avadanlıqların təhlükəsizliyinə və sərbəst dövriyyəsinə dair tələblər müəyyən edilib
Azərbaycanda maşın və avadanlıqların təhlükəsizlik dövriyyəsinə dair tələblər müəyyənləşib
Azərbaycanda sürtkü materialları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər