Azərbaycanda izafi təzyiq altında işləyən avadanlığın təhlükəsizliyi ilə bağlı reqlament hazırlanıb
Azərbaycanda izafi təzyiq altında işləyən avadanlığın təhlükəsizliyi ilə bağlı reqlament hazırlanıb
Azərbaycanda “İzafi təzyiq altında işləyən avadanlığın təhlükəsizliyi haqqında” texniki reqlament layihəsi ictimai müzakirəyə çıxarılıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ictimai müzakirə başa çatdıqdan sonra texniki reqlament layihəsinin təsdiq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.
Bu texniki reqlament Azərbaycan ərazisində izafi təzyiq altında işləyən avadanlığa dair məcburi tələblərin müəyyən edilməsi və təzyiq altında işləyən avadanlıqların istehlak bazarında sərbəst dövriyyəsinə dair tələbləri müəyyən edir.
Gələcəkdə ölkədə izafi təzyiq altında işləyən avadanlığın təhlükəsizliyinə dair tələbləri müəyyən edən digər texniki reqlamentlər qəbul edildikdə, ölkədə olan izafi təzyiq altında işləyən avadanlıqlar ona tətbiq olunan bütün texniki reqlamentlərin tələblərinə uyğun olmalıdır.