AZPROMO və Britaniya şirkətinin iqtisadi inkişaf planına dair təşəbbüslər müzakirə olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
may
2025
16:30

AZPROMO və Britaniya şirkətinin iqtisadi inkişaf planına dair təşəbbüslər müzakirə olunub

05 may, 2025
16:30
632

AZPROMO və Britaniya şirkətinin iqtisadi inkişaf planına dair təşəbbüslər müzakirə olunub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Böyük Britaniyanın “Oliver Wyman” idarəetmə üzrə konsaltinq şirkəti tərəfindən irəli sürülən iqtisadi inkişaf planının həyata keçirilməsini təmin edəcək təşəbbüsləri müzakirə edib.

Bu barədə “Report”a AZPROMO-dan məlumat verilib.

Bildirilib ki, AZPROMO-nun təşkilatçılığı ilə Londonda Azərbaycan nümayəndə heyətinin “Oliver Wyman” şirkəti ilə görüşü keçirilib.

Görüşdə tərəflər “Oliver Wyman”ın iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunması üzrə təklif etdiyi təşəbbüslər ətrafında fikir mübadiləsi aparıb, kənd təsərrüfatı məhsullarının ixracı, əlavə dəyərli istehsalın təşkil olunması və yeni ticarət imkanlarının araşdırılması istiqamətləri diqqətə çatdırılıb. Bununla yanaşı, ölkəmizə birbaşa sərmayələrin cəlb edilməsi perspektivlərinin artırılması baxımından Azərbaycanın investisiya imkanları haqqında məlumat verilib.

Görüşdə həmçinin “Oliver Wyman”la müzakirə olunan təşəbbüslərin reallaşdırılması məqsədilə hazırlanan layihələr haqqında məlumatların təqdim olunmasına və danışıqların davam etdirilməsinə dair razılıq əldə olunub.

Bizimlə əlaqə saxlayın