Azərbaycan və İspaniya iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və İspaniya iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə edib


Azərbaycan və İspaniya arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bu barədə “Sizinxeber.az” İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verib.

Bildirilib ki, AZPROMO-da İspaniya Krallığının Ankaradakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı AZPROMO tərəfindən ölkələr arasında iqtisadi əlaqələrin inkişafı üçün təşəbbüslərin dəstəklənməsinin əhəmiyyəti qeyd edilib. Bu ilin mart ayında İspaniya nümayəndə heyətinin Azərbaycana nəzərdə tutulan səfəri çərçivəsində keçiriləcək görüşlər və biznes forumun təşkili, iki ölkə arasında əməkdaşlıq perspektivləri, həyata keçirilməsi nəzərdə tutulan birgə təşəbbüslər və qarşılıqlı tərəfdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Həmçinin Azərbaycan və İspaniya arasında iqtisadi-ticarət əlaqələrinin qanunvericilik bazasının daha da genişləndirilməsi və mövcud imkanların artırılması istiqamətində potensial perspektivlər vurğulanıb. Bu məqsədlə iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

AZPROMO Qars Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycanla İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Səudiyyə Ərəbistanının iri şirkətlərinin nümayəndələri Azərbaycana gələcək
AZPROMO Latviyaya ixrac missiyası təşkil edəcək
Sentyabrda Bakıda II “Körfəz - Azərbaycan” İqtisadi Forumu keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle