Azərbaycan dövlət maliyyəsinin idarəedilməsi sahəsində aparılan islahatlara “Oliver Wyman”ı cəlb etmək istəyir
Azərbaycanın Maliyyə Nazirliyi dövlət maliyyəsinin idarəedilməsi sahəsində aparılan islahatlara, həyata keçirilən layihələrə “Oliver Wyman” beynəlxalq məsləhətçi şirkətinin cəlb edilməsində maraqlıdır.
"Sizinxeber.az" nazirliyə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru Nazim Qasımzadə “Oliver Wyman” şirkətinin Azərbaycan üzrə rəhbəri Camal İsmayılov ilə keçirilən görüşdə bildirib.
Görüşdə dövlət maliyyəsinin idarəedilməsi, büdcə planlaşdırılması və icrası, vergi siyasəti, rəqəmsal maliyyə texnologiyaları və dövlət borcunun idarə olunması sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.
C.İsmayılov “Oliver Wyman” şirkətinin maliyyə və iqtisadiyyat sahəsində geniş təcrübəsindən bəhs edib, Azərbaycandakı ofisin şirkətin MDB və Orta Asiya ölkələrində həyata keçirilən layihələrinin regional ofisi olduğunu bildirib.
Görüşdə tərəflər arasında əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan Dünya Bankının PEMPAL proqramının plenar iclasında təmsil olunub
SOCAR ABŞ şirkəti ilə enerji sektorunda yeni əməkdaşlıq imkanlarını araşdırır
Maliyyə naziri Sahil Babayev kollektivə təqdim edilib
Azərbaycan və Almaniya vergi üzrə innovasiyaların tətbiqini müzakirə edib
Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












