Mitya Blaqan: "Sloveniya idman sahəsinə investisiyaların yatırılmasına açıqdır"
Sloveniya və Azərbaycan arasında biznes, turizm və idman sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur.
"Sizinxeber.az" xəbər verir ki, bunu Sloveniyanın İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitya Blaqan (Mitja Blaganj) Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumu çərçivəsində bildirib.
"Sloveniya dünyanın hər yerindən idman komandalarının məşq və bərpası üçün əla şərait təklif edir. Biz idmana investisiyaların yatırılmasına açığıq - idman infrastrukturunun inkişafından gənc istedadların dəstəklənməsinə qədər. İki ölkə arasında biznes, turizm və idman sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Sloveniya əlaqələri gücləndirən, innovasiyaları stimullaşdıran və qarşılıqlı fayda gətirən investisiyaları və uzunmüddətli tərəfdaşlıqları qəbul edir.
Əminəm ki, birlikdə ümumi uğur hekayəsi yarada bilərik. Bu ölkələrimizi dostluq və dayanıqlı inkişaf ruhunda birləşdirəcək bir hekayə ola bilər", - o qeyd edib.
Oxşar xəbərlər
İqtisadiyyat Nazirliyi: Sloveniya Azərbaycanın Aİ-də ideal logistika və biznes mərkəzidir
SPIRIT: Sloveniya və Azərbaycan arasında investisiya sahəsində böyük potensial mövcuddur
Tural Hacılı: “Azərbaycan və Sloveniya üçüncü ölkələrə ixrac üçün birgə müəssisələr yarada bilər”
Anar Kərimov: “Azərbaycanla Sloveniya dərman sənayesi istehsalında maraqlıdır”
Bakıda Azərbaycan-Sloveniya İqtisadi əməkdaşlıq üzrə işçi qrupunun I iclası keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Aİ WUF13-də hər kəs üçün mənzil dəstəyi üzrə ilk Avropa planını təqdim edib
-
Rusiya ordusu nüvə təlimləri keçirir
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
-
Braziliyalı alim: "Mənzil siyasəti təhlükəsiz yaşayış və həyat təminatı verməlidir"
-
UNDP rəsmisi: "Dayanıqlı mənzil layihələrinə daha çox investisiya yönəldilməlidir"
