Qazaxıstan və İran 93 milyon dollarlıq kommersiya sazişləri imzalayıb
Bu gün Tehranda keçirilən Qazaxıstan-İran biznes forumunun yekunları üzrə tərəflər arasında təxminən 93 milyon ABŞ dolları məbləğində sazişlər imzalanıb.
“Sizinxeber.az”un Qazaxıstan bürosu ölkənin Ticarət və İnteqrasiya Nazirliyinə istinadən xəbər verir ki, forumda 50-dən çox qazaxıstanlı sahibkar və 230 İran şirkəti iştirak edib. Forum Qazaxıstanın ticarət və inteqrasiya naziri Arman Şakkaliyev və İranın kənd təsərrüfatı naziri Qolamreza Nurinin sədrliyi ilə keçirilib.
"Forumun sonunda ümumi məbləği 92,8 milyon ABŞ dolları olan 10 kommersiya sənədi imzalanıb ki, bu da İran və Qazaxıstan arasında ticarət əlaqələrinin möhkəmləndirilməsində mühüm addım olub. Qazaxıstan İran bazarına 250 milyon ABŞ dolları dəyərində 75 adda məhsul tədarük etməyə hazır olduğunu bildirib", - məlumatda qeyd olunub.
İmzalanmış sazişlər arasında 25 milyon ABŞ dolları dəyərində yağ tədarükü sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Türküstanda xalça zavodunun tikintisi, həmçinin tərəvəz, kənd təsərrüfatı və digər məhsulların tədarükünə dair sənədlər yer alır.
Oxşar xəbərlər
Fevralda Tehranda Qazaxıstan-İran biznes forumu keçiriləcək
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 13 ilin maksimumuna çatıb
Azərbaycan 3 ölkədən qızıl tədarük etməyə başlayıb
Qazaxıstanla Çin arasında investisiya portfeli 60 milyard dolları ötüb
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













