Naxçıvanda mənşə sertifikatı verilməsi 24 % artıb
Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 335 mənşə sertifikatı verib.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan şəhərində “Dövlət-biznes dialoq platforması və gələcək perspektivlər” mövzusunda sahibkarlarla keçirilən görüşdə yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,1 % çoxdur.
Nazir əvəzi həmçinin deyib ki, 10 ay ərzində muxtar respublikada istehsal edilmiş məhsullardan Gürcüstana 3,2 milyon ABŞ dolları, Yəmənə 1,3 milyon ABŞ dolları, Rusiyaya 1,2 milyon ABŞ dolları, digər ölkələrə isə 3,1 milyon ABŞ dolları olmaqla, ümumilikdə 8,8 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib.
Oxşar xəbərlər
Bu il Naxçıvanda istehsal olunan məhsulların ixracı 7 milyon dolları ötüb
Naxçıvanda mənşə sertifikatı verilməsi 25 % artıb
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 28 % artıb
Naxçıvanda 11 ayda vergi proqnozuna 128 % əməl olunub
Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı bu il 2 dəfəyə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













