“Carlsberg” Rusiyadakı aktivlərini satır, Azərbaycan və Qazaxıstanda isə saxlayır
“Carlsberg Group” yaxın günlərdə "Baltika" pivə şirkətinin satışı üzrə sövdələşməni başa çatdırmağı planlaşdırır.
Bu barədə “Sizinxeber.az” “Carlsberg Group”un məlumatına istinadən xəbər verir.
Sövdələşmə çərçivəsində “Carlsberg Group” “Baltika Breweries”in “Carlsberg Azerbaijan” və “Carlsberg Kazakhstan”dakı paylarını alacaq.
"Sövdələşmə menecment tərəfindən payın alınması (management buy-out) yolu ilə bağlanır. "Baltika"nın nəzarətedici səhmdarı şirkətdə uzun müddətdir çalışan iki top menecerin bərabər əsaslarla rəhbərlik etdiyi şirkət olacaq", - məlumatda qeyd olunub.
Sövdələşmə nəticəsində “Carlsberg” pul kompensasiyası alacaq, eləcə də Azərbaycan və Qazaxıstandakı aktivlərini saxlayacaq.
Sövdələşmənin maliyyə detalları şirkətin 2024-cü il üzrə illik hesabatında dərc ediləcək.
“Carlsberg Group”un baş direktoru Yakob Arup-Andersen bildirib ki, sövdələşmə "Baltika" ilə bağlı məhkəmə mübahisələrini və əqli mülkiyyət məsələlərini həll etməyə imkan verəcək. O, həmçinin vurğulayıb ki, bu, mövcud şəraitdə mümkün olan ən yaxşı qərardır.
Dekabrın 2-dən etibarən "Baltika" 2023-cü ilin iyulundan şirkətə nəzarət edən Rusiyanın müvəqqəti idarəçiliyində deyil. "Baltika"nın yeni sahibi baş menecer və baş menecerin müavini vəzifələrini tutacaq iki rəhbər tərəfindən yaradılan şirkət olacaq.
Rusiyada ikinci ən böyük pivə istehsalçısı olan "Baltika" 8 zavodu idarə edir.
Qeyd edək ki, Xırdalanda yerləşən “Carlsberg Azerbaijan” 2008-ci ildə “Carlsberg Group”un bir hissəsi olub və 2017-ci ildə rebrendinq nəticəsində “Carlsberg Azerbaijan” adlandırılıb.
Oxşar xəbərlər
Danimarka rəsmiləri "Carlsberg Azerbaijan" zavoduna səfər ediblər - FOTO
“Carlsberg Azerbaijan” şirkəti ilə WWF-Azerbaijan arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb - FOTO
Macarıstanın “MVM Group” şirkəti “Şahdəniz” və SCPC-də səhmlərin satınalınmasını tamamlayıb
Macarıstanın MVM şirkəti Azərbaycanda filial açıb
"Equinor" Azərbaycandakı layihələrindən birində payını SOCAR-a satmaq üzrə sövdələşməni başa çatdırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
-
Tramp danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək niyyətindədir
