Sizinxeber.az » İqtisadiyyat » Sahibkarlıq » Danimarka rəsmiləri "Carlsberg Azerbaijan" zavoduna səfər ediblər - FOTO

Danimarka rəsmiləri "Carlsberg Azerbaijan" zavoduna səfər ediblər - FOTO

20 noyabr tarixində Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Ole Toft və Danimarkadan olan nümayəndə heyəti – parlament üzvləri, Danimarka sənaye təşkilatının üzvləri, Danimarka biznes assosiasiyaları və şirkət nümayəndələri "Carlsberg Azerbaijan" zavoduna səfər ediblər.

"Sizinxeber.az-Economics"xəbər verir ki, qonaqları "Carlsberg Azerbaijan" şirkətinin baş direktoru Alius Antulis və şirkətin idarə heyətinin üzvləri qarşılayıb.

Görüşdə Danimarka rəsmilərinə şirkətin Azərbaycandakı fəaliyyəti, zavodun tarixi, istehsalat xətləri, məhsulları barədə məlumat verilib. Qonaqlar, həmçinin, ekskuriya zamanı istehsalat sahəsi ilə tanış olublar.

"Carlsberg Azerbaijan" şirkətinin baş direktoru Alius Antulis qonaqlara onu da bildirib ki, 2008-ci ildən Azərbaycanda fəaliyyətə başladıqlarından bəri ölkə iqtisadiyyatına 75 milyon manatdan çox investisiya yatırıb, 35-38 milyon manatdan çox vergi ödəyiblər:

“Şirkətin məhsulları hazırda Azərbaycan pivə bazarının 70%-ni əhatə edir. 2021-ci ildə Carlsberg Azerbaijan şirkəti İqtisadiyyat Nazirliyi ilə 2021-2025-ci illərdə xammalın lokallaşdırılması, ixracı, iş şəraitinin yaxşılaşdırılması və pivə bazarının inkişafına 25 milyon azn sərmayə qoymağı öhdəsinə götürən Anlaşma memorandumu imzalayıb. Azərbaycan bizim üçün çox cəlbedici sərmayə istiqaməti olaraq qalır və biz hazırda gələcək üçün daha da geniş investisiya planı hazırlayırıq”.

Danimarka sənaye təşkilatının İqlim Siyasəti üzrə rəhbəri və Böyük direktoru Anne Hoyer Simonsen isə öz növbəsində vurğulayıb:

“Məhz "Carlsberg" kimi müəssisələr praktikada dəyişikliklərin həyata keçirilməsinə və məqsədlərimizə çatmaq üçün lazım olan həllərin hazırlanmasına cavabdehdirlər. Siyasətçilərin və vətəndaş cəmiyyəti üzvlərinin bu transformativ prosesləri daha dərindən dərk etmələri vacibdir və buna görə də "Carlsberg-"n öz qapılarını bizim üzümüzə açması çox yüksək qiymətləndiririk”.

Qeyd edək ki, 1969-cu ildə Xırdalan şəhərində istismara verilən pivəbişirmə zavodu 2008-ci ildən “Carlsberg Group”un bir hissəsinə çevrilib. Hazırda zavodun istehsal gücü ildə 8 mln dekalitr təşkil edir, şirkətin məhsulları isə Azərbaycanın 12,5 mindən artıq ticarət məntəqəsində təqdim olunub. Şirkət Azərbaycanda 16 ildən çox müddəti əhatə edən fəaliyyət dövründə biznesi genişləndirib və ölkəyə investisiyalarını artırmaqdadır.

Xatırladaq ki, şirkət Azərbaycanda da “Birlikdə SIFIRA doğru və daha İrəli” dayanıqlı inkişaf strategiyasını həyata keçirir. Strategiya çərçivəsində 2023 ildə 2015-ci ilə müqaisədə sudan istifadə 21,3%, CO2 emissiyaları isə 18.1% azaldılıb.

ДРУГИЕ НОВОСТИ

Комментарии

САМОЕ ЧИТАЕМОЕ / КОММЕНТИРУЕМОЕ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  3. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  4. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  5. Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
  6. Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
  7. Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
  8. Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
  9. Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
  10. Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib