IMF: Ticarət dünya iqtisadiyyatının artım mühərriki olmaqdan çıxıb
Beynəlxalq Valyuta Fondu (IMF) fraqmentasiya səbəbindən ticarətin ilk dəfə olaraq qlobal iqtisadi artımın mühərriki olmaqdan çıxdığını qeydə alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu IMF-in icraçı direktoru Kristalina Georgiyeva IMF və Dünya Bankının rəhbər orqanlarının payız sessiyası çərçivəsində fondda çıxışı zamanı bildirib.
O, “qlobal iqtisadi artım üçün fraqmentasiyanın mənfi amili”nə diqqət çəkib. Son 18 ayda 4 mindən çox məhdudlaşdırıcı tədbir tətbiq edilib və bunların 60 %-i inkişaf etmiş iqtisadiyyatlar tərəfindən həyata keçirilib.
“Bu 4 min [sanksiya] tədbirin hamısını təhlil etdikdə belə nəticəyə gəldik ki, onların təxminən üçdə ikisi ticarətə zərər verir və ticarət ilk dəfə olaraq artım mühərriki olmaqdan çıxıb <...>. Ticarət qlobal artımdan bir qədər yavaş artır. Görüşdüyümüz şərtlər bunlardır. Düşünürəm ki, buradakı siyasətçilər bunu rəhbər tutacaqlar. <...>. Eyni zamanda, səmimi olaraq ümid edirəm ki, onları o qədər qorxuda bilərik ki, evə gedib maliyyə-büdcə cəbhəsində qətiyyətlə hərəkət edəcəklər”, – Georgiyeva vurğulayıb.
İnflyasiyadan danışarkən o, artım tempinin əhəmiyyətli dərəcədə azaldığını təsdiqləyib.
Oxşar xəbərlər
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
BVF rəhbəri: Avropa iqtisadi inkişafda ABŞ-dan geri qalacaq
AMB iqlim dəyişikliyi ilə bağlı maliyyə sistemini dəstəkləməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
